“Qarabağ”ın rəqibi “Luqano”ya qarşı

Bu gün İsveçrə Super Liqasında 5-ci turun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” da növbəti matçını keçirəcək.

Sözügedən komanda doğma meydanda “Luqano” ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Qeyd edək ki, “Yanq Boyz” geridə qalan 4 turda 6 xal toplaya bilib və 3-cü pillədə qərarlaşıb. “Luqano” isə 10 komanda arasında 3 xalla 9-cudur.

“Yanq Boyz”la “Qarabağ” arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan