“Qarabağ”ın rəqibi mövsümə uğurlu başlayıb

Yunanıstan Superliqasında yeni mövsümə start verilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan PAOK ilk matçını doğma meydanda “Panaitolikos” qarşı keçirib.

Oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. PAOK-dan 2-ci dəqiqədə Dieqo Bisesvar və 27-ci dəqiqədə Qarri Mendes Rodriqes fərqlənib. Qonaqlar matçın 90-cı dəqiqəsində təsəlli qolunu vuruvlar.

Həmin kateqoriyadan