“Qarabağ”ın rəqibi “Tyun”la üz-üzə

Bu gün İsveçrə çempionatında dördüncü turun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” da növbəti matçına çıxacaq.

Sözügedən komanda doğma meydanda “Tyun”la qarşılaşacaq. Əvvəlki üç oyununun hamısında heç-heçə edən “Bern” təmsilçisi ilk qələbəsini qazanmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Yanq Boyz” hazırda 3 xalla 10 komanda arasında 6-cı yerdə qərarlaşıb.

Həmin kateqoriyadan