“Qarabağ”ın rəqibi Yunanıstanın 3-cü liqa klubuna böyük hesabla uduzub

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK dünya çempionatı-2018-lə bağlı ölkə çempionatında yaranmış fasilədən istifadə edərək, yoxlama oyununda qüvvəsini sınayıb.

Allsport.az saytı xəbər verir ki, Saloniki təmsilçisi Yunanıstanın 3-cü liqasında mübarizə aparan “Doksa” klubunu sınağa çəkib.

Vladimir İviçin əsasən gənc futbolçulara şans verdiyi oyun aşağı liqa təmsilçisinin böyük hesablı qələbəsiylə nəticələnib – 4:0.

Həmin kateqoriyadan