“Qarabağ”ın Rudarla cavab matçının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Çernoqoriya “Rudar”ı arasındakı cavab matçının vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, həmin qarşılaşma iyulun 22-də baş tutacaq.

Petrovatsdakı “Pod Malim Brdom” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Qeyd edək ki, bu klublar arasındakı ilk oyun iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.

Həmin kateqoriyadan