“Qarabağ”la “Qəbələ” sülhə razılaşdı, XL “Bakı”ya uduzdu

Bu gün Topaz Premyer Liqasında 32-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Öncə autsayder “Bakı” öz meydanında “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə meydan sahibləri qələbə qazanan tərəf olublar.

Turun qapanış və mərkəzi oyununda son dövrlər özündən ən çox söz etdirən “Qəbələ” ilə lider “Qarabağ” üz-üzə gəlib. Hesabı Ağdam klubu açsa da, meydan sahibləri son dəqiqələrdə penalti qolu ilə məğlubiyyətdən xilas ola biliblər. Qarşılaşma heç-heçə başa çatdığından “Qəbələ”nin 8 oyunluq seriyasına son qoyulub.

Topaz Premyer Liqası
32-ci tur
2 may (şənbə)

“Bakı” – “Xəzər Lənkəran” – 2:1 (2:0)
Qollar: N.Novruzov, 17-pen. (1:0). N.Novruzov, 23 (2:0). S.Tounkara, 56 (2:1).
Qırmızı vərəqə: Q.Əliyev, 60.
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 11. Tural Qürbətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 21. Elşad Manafov, 45. Mahir Mədətov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 32. Zaman Mirzəzadə, 45. Heydər Babayev, 79. Namiq Qocayev.
Baş məşqçi: Elbrus Məmmədov.

“Qəbələ” – “Qarabağ” – 1:1 (0:0)
Qollar: Reynaldo, 55 (0:1). C.Hüseynov, 90-pen. (1:1).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Simurq” – “İnter” 2:3, “Neftçi” – “Sumqayıt” 2:2.

Bombardirlər:
15 – Nurlan Novruzov (“Bakı”).
12 – Draqan Çeran (“Simurq”).
11 – Cavid Hüseynov (“Qəbələ”), Nikolas Kanales (“Neftçi”).
10 – Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva (“Qarabağ”).

Həmin kateqoriyadan