Qardaş ölkədən 49 medal ilə

İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteran kikboksçuların dünya kubokunda komandalarımız uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, bizimkilər qardaş ölkədə 49 medal qazanıb.

Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən 5-ci ölkə olub.

İlk dəfə bu yarışda kikboksun “Point Fighting” növü üzrə çıxış edən millimiz 6ı bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada-2021 İslam oyunlarında təmsil edəcəklər.

Həmin kateqoriyadan