- Baxış sayı: 29
- 02 Noyabr 2026 10:39
- Baxış sayı: 262
- Oktyabr 25, 2026
- 0

“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço Argentina millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, Qarnaço bunun zədəylə bağlı olduğunu deyib: “Son iki oyunda dizimdə ağrılarım var idi, ona görə də milliyə kömək edə bilməyəcək. Ümid edirəm ki, ən qısa zamanda sağalıb növbəti matçlarda oynayacam.”
Argentina oktyabrın 11-də Venesuela, 16-da isə Boliviya ilə qarşılaşacaq.