Qazaxda avarçəkmə tədbiri

Qazaxda avarçəkmə tədbiri

İyulun 24-də Qazax şəhərində avarçəkmə tədbiri təşkil olunacaq.

Allsport.az xəbər verir ki, 2026-cı ilin “İdman paytaxtı” seçilən Qazaxda, Heydər Əliyev parkının ərazisində yerləşən su hövzəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe növlərində nümunəvi çıxışlar nümayiş etdirəcəklər.

Bununla yanaşı, peşəkar məşqçilərin nəzarəti altında şəhər sakinləri və qonaqlar həvəskarlar üçün nəzərdə tutulmuş qayıqlarda avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Tədbirin məqsədi regionlarda su idman növlərinin təbliği, yeniyetmə və gənclərin avarçəkməyə marağının artırılması, həmçinin sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir. Giriş sərbəstdir.

Həmin kateqoriyadan