- Baxış sayı: 31
- 11 Noyabr 2026 11:52
- Baxış sayı: 319
- Noyabr 09, 2026
- 0

21 iyun Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında “Airom Cup” beynəlxalq basketbol turnirinin final oyunu baş tutub. Allsport.az xəbər verir ki, final görüşünə vəsiqə qazanmış U-14 yığmamız finalda Gürcüstanın “Kutaisi” komandası ilə qarşılaşıb və rəqibinə 64-41 hesabı ilə qalib gəlib. Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığmamız “Airom Cup” beynəlxalq turnirinin çempionu olub.