Qazaxıstanlı qapıçı Azərbaycanla oyun haqda: “Hardasa ehtiyat da edirik”

“Hazırlıqlar məşqçilər heyərinin göstərişləri ilə normal gedir. Məşqdə böyük dəyişiklik yoxdur”. Allsport.az saytı xəbər verir ki, bu sözü Qazaxıstan millisinin qapıçısı İqor Şatski millətlər liqasında Azərbaycanla oyunu barədə deyib. O, bizimkilərə qarşı ehtiyat etdiyini də açıqlayıb:

“İlk 3 gündə funksional olaraq hazırlıqlar getdi ki, qarşıdakı qısa tsikldə fiziki cəhətdən tam hazır olaq. Hər bir rəqibə hörmətlə yanaşırıq. Hardasa ehtiyat da edirik. Amma hər şey plana uyğun gedir. Məşqçilər korpusu bizi oyunlara yaxşı hazırlaşdırır. Ümidvaram ki, hər şey yaxşı alınacaq”.

İyunun 3-də paytaxt Nur-Sultanda “Astana arena”da görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan