“Qiyamçılar”a toxunulmayacaq

UEFA icraiyyə komitəsinin iclasında Avropa super liqasına qoşulan klublar müzakirə olunub. Allsport.az xəbər verir ki, iclasda sözügedən layihənin qurucusu ola 12 kluba sanksiya tətbiq edilməməsi qərara alınıb.

Aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları  Superliqa təşkil etdiklərini açıqlamışdı. Ancaq bu lahiyə artıq iflasa uğrayıb və “Real”la “Barselona”dan başqa bütün klublar turnirdən imtina ediblər.

Həmin kateqoriyadan