“Qoca sinyora”da baş məşqçi dəyişikliyi

“Qoca sinyora”da baş məşqçi dəyişikliyi

“Yuventus”un yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, Turin təmsilçisini bundan sonra Andrea Pirlo çalışdıracaq.

İtaliya millisinin keçmiş üzvü ilə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Maurisio Sarrini əvəzləyib.

41 yaşlı mütəxəssis bir müddət əvvəl “Qoca sinyora”nın U-23 komandasına baş məşqçi təyin olunmuşdu. Pirlo futbolçu karyerası ərzində 2011-2015-ci illərdə “ağ-qara” formanı geyinib.

Həmin kateqoriyadan