Qriqorçuk: “Yəqin ki, bizi “Mançester Yunayted”lə səhv salmamısınız”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis 0:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:

“Futbolçularım əlindən gələni etdi. Komandamdan razı qaldım. Biz belə oyunla heç nəyə nail ola bilmərik? Bu fikirlə razı deyiləm. Yəqin ki, bizi “Mançester Yunayted”lə səhv salmamısınız. Fikrimcə, komandam yüksək səviyyəli oyun nümayiş etdirdi. Əvəzetmələri şərh etmək istəmriəm. Oyuna əsasən deyə bilərəm ki, orta xətdə müəyyən çatışmazlıqlar var idi. Əks-hücumların qurulmasında gecikirdik. Futbolçular sürətdə bir qədər geri qalırdı”.

Qriqorçuk Cavid Hüseynovun yoxluğunun hiss olunduğunu qeyd edib: “Cavidin yoxluğu böyük itkidir. Ancaq qrup mərhələsinə düşmək istəyən komanda bir futbolçudan asılı olmamalıdır. Caviddən başqa da yaxşı futbolçularımız var. Bu gün onlar özlərini yaxşı tərəfdən göstərdilər”.

Həmin kateqoriyadan