Qriqorçuku göndərirlər

Qazaxıstanın “Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırmağa hazırlaşır.

Allsport.az xəbər verir ki, bir illik müqaviləsi olan ukraynalı mütəxəssisin təzminat məsələsi həll olunduqdan sonra onun ayrılığı açıqlanacaq.

“Astana” 54 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsüm Qazaxıstan çempionu olub. Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.

Həmin kateqoriyadan