Qrizman “5-lik”dədir

Allsport.az xəbər verir ki, Antuan Qrizman “Atletiko”nun la liqa tarixində ən çox qol vuran 5 futbolçusundan biridir.

Çempionatın 33-cü turunun “Kadis”ə qarşı oyununda (5:1) hücumçu dubl edib. Onun Madrid təmsilçisinin heyətində la liqada vurduğu qolların sayı 110-a yüksəlib. Fransalı oyunçu Jose Euloqyo Qaratı ötərək klubun la liqadakı bombardirləri siyahısında 4-cü yeri tutub.

Siyahıya 150 qolla Adrian Eskudero başçılıq edir.

Həmin kateqoriyadan