Qrizmann ən yaxşı oyunçu seçilib

Qrizmann ən yaxşı oyunçu seçilib

“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann İspaniya çempionatının mart ayının ən yaxşı oyunçusu seçilib.

Allsport.az xəbər verir ki, ötən ay 32 yaşlı fransalı futbolçu İspaniya çempionatının 3 oyununda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Ümumilikdə Qrizmann bu mövsüm “La liqada” 26 oyunda 9 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Atletiko Madrid” çepionatda 26 turundan sonra 51 xal toplayıb və çempionat cədvəlində 3-cüdür.

Qrizmann 2014-cü ilin yayında “Real Sosyedad”dan “Atletiko Madrid”ə keçmişdi. Beş il sonra “Barselona” onun müqaviləsini 120 milyon avroya satın aldı, lakin iki mövsüm sonra Madrid təmsilçisi fransız hücumçunun hüquqlarını alıb.

Həmin kateqoriyadan