- Baxış sayı: 41
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə bu gün qrup mərhələsinin son oyunları keçirilib.
Allsport.az xəbər verir ki, “B” qrupunun “Bakı” (Azərbaycan) – “Qarabağ” (Azərbaycan) görüşündə 28:26 hesabı ilə qələbə qazanan “Bakı” komandası yarımfinala vəsiqəni təmin edib.
Yarımfinalda Qazaxıstan millisi “Kür”lə, “Bakı” isə Özbəkistanın OKMK klubu ilə üz-üzə gələcək.
Turnirə sentyabrın 3-də yekun vurulacaq.