Qrup mərhələsinə çıxan klublarımız 3 milyon avrodan çox qazanacaq

Avropa Liqasının əsas raunduna vəsiqə qazanan “Qarabağ”la “Qəbələ”nin nə qədər qazanacağı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu 2 klub təkcə qrup mərhələsinə çıxmağın sayəsində UEFA-dan 2,6 milyon avro gəlir götürəcək. Amma onların bu məbləği artırmaq şansı da var. Məsələn, hər qələbə komandalarımıza əlavə 360 min, heç-heçə 120 min avro qazandıracaq. Uğurun davamı gəldikdə, “Qarabağ”la “Qəbələ”nin öz büdcəsini bir qədər də artırmaq imkanı var:

Qrup qalibi olacaq komanda əlavə 600 min avro qazanacaq
Qrup ikincisi olacaq komanda 300 min avro qazanacaq
1/16 finalın hər iştirakçısı 500 min avro qazanacaq
1/8 finalın hər iştirakçısı 750 min avro qazanacaq
1/4 finalın hər iştirakçısı 1 milyon avro qazanacaq
1/2 finalın hər iştirakçısı 1,6 milyon avro qazanacaq
Finalda qalib gələcək komanda 6,5, finalda uduzan isə 3,5 milyon avro qazanacaq.

“Qəbələ” və “Qarabağ” avrokuboklardakı indiyə qədər keçirdikləri oyunlara görə də gəlir əldə edib. Məsələn, “Qəbələ” təsnifat mərhələsindəki çıxışına görə 675 000 avro qabağa düşüb. “Qarabağ” ÇL-dən gəldiyinə görə, 740 000 avro alacaq. Bütövlükdə, “Qəbələ” UEFA-dan 3 275 000 avro, “Qarabağ” isə 3 340 000 avro alacaq. “Neftçi” və “Kəpəz” isə Avroliqanın ilk 2 raundundakı çıxışına görə 440 avro qazana bilib.

Həmin kateqoriyadan