Qubada beynəlxalq təlim-məşq

Quba olimpiya idman kompleksində beynəlxalq təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, Avropa cüdo birliyi təşkilatçılığı ilə hazırlıqda 9 ölkədən 280-ə yaxın idmançı iştirak edir.

Təlim düşərgəsində Azərbaycanın yeniyetmə oğlan və qızlardan milli komandaları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Çex Respublikası, Fransa və Beynəlxalq cüdo federasiyasını təmsil edən idmançılar yer alır.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir.

5–7 may tarixlərini əhatə edən təlim-məşq toplanışı iyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə qitə çempionatı və iyulda Avropa gənclər olimpiya festivalına hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan