Qurban Qurbanov 20:30-da, Ronni Deyla 21:00-da

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan çempionu “Qarabağ”la Şotlandiya “Seltik”i arasındakı cavab qarşılaşmasından öncəki mətbuat konfranslarının vaxtı bəlli olub. Allsport.az xəbər verir ki, avqustun 4-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında ağdamlıların baş məşqçisi Qurban Qurbanov 20:30-da media mənsublarının önünə çıxacaq.

“Seltik”in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyunqabağı son çalışması 21:30-da baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” – “Seltik” qarşılaşması avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.

Həmin kateqoriyadan