Qurban Qurbanov: “Başqa yolumuz yoxdur”

“Bu dəfə tam komplektləşmiş komandaya qarşı oynyacağıq. “Seltik” daha çox cinah keçidləri ilə seçilən komandadır. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Düzdü, 1 top geridən başlayacağıq. Amma bu vəziyyəti dəyişmək olar. Azarkeşlərdən xahiş edirəm ki, bizi sona qədər dəstəkləsinlər. Biz də nə qədər bacarığımız varsa, çalışacağıq meydançada göstərək”.

Allsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya “Seltik”i ilə cavab oyunu üçün təşkil olunmuş mətbuat konfransında deyib.

– Meydançanın ot örtüyü ilə bağlı fikirlərinizi bilmək istərdik…
– Bu haqda çox danışmağa ehtiyac yoxdur. Belə hallar olur. Hər halda ən yaxşısını etməyə çalışacağıq. Ola bilər ki, qazonun vəziyyəti sürətli, daha baxımlı oyuna mane olsun. Ancaq əlimizə düşən şanslardan maksimum istifadə etməyə çalışacağıq. Hər iki komanda üçün eyni şərait olacaq. Əvvəlki günlərlə müqayisədə irəliləyiş var. Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə də, xeyli düzələr.

– Ot örtüyünə görə taktikada dəyişiklik edəcəksiniz, yoxsa “Qarabağ” öz ənənəvi oyununa sadiq qalacaq?
– Başqa yolumuz yoxdur. Ola bilər ki, hər hansı dəyişiklik olsun. Çalışacağıq ki, ən yaxşısını edək.

– “Qarabağ” ilk qolu vurub şansını gözləməlidir, yoxsa ikinci qolu vurub irəli atılmalıdır?
– Əsas odur ki, ilk qolu vuraq. Ancaq daha vacib olan qol buraxmamaqdır.

Həmin kateqoriyadan