Qurban Qurbanov: “Bizi çətin oyun gözləyir”

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq Çernoqoriya “Rudar”ı ilə cavab oyunu öncəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı baş tutub. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı jurnalistlərin önünə yerli vaxtla 20:15-də (Bakı vaxtı ilə 23:15) çıxıb.

Qurbanov oyun haqqında bunları deyib: “Bizi olduqca çətin oyun gozləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər. Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir. Təbii ki,biz bura uduzmağa yox, yaxşı nəticə əldə etməyə gəlmişik. Komandamız meydana yaxşı nəticə üçün çıxacaq”.

Həmin kateqoriyadan