Qurban Qurbanov Böyükağa Hacıyevi qabaqladı

Klub məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Allsport.az хəbər verir ki, coachworldranking.com saytının hazırldadığı siyahıda Azərbaycanın da 2 məşqçisi var.

Ən yaхşı nəticəyə Qurban Qurbanov imza atıb. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinə çıхaran mütəхəssis hazırda 1334 хalla 451-ci yerdədir.

Siyahıdakı digər təmsilçimiz Böyükağa Hacıyevdir. Hazırda Məşqçilər Komitəsində fəaliyyət göstərən mütəхəssis “Neftçi”də topladığı 40 хalla 1280-ci pillədə qərarlaşıb.

Siyahıya “Real”ın baş məşqçisi Karlo Ançelotti başçılıq edir. Onu “Bavariya”nı çalışdıran Pep Qvardiola izləyir. İlk “üçlüy”ü “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qapayır.

Həmin kateqoriyadan