Qurban Qurbanov gileyləndi: “Milli komandada bunu düşünmürlər”

Ölkə çempionatında fasilə yaranıb. Milli komandalar Avropa çempionatının seçməsində növbəti oyuna çıxacaqlar. “Ay-ulduzlular”ımız noyanrın 6-sında Tofiq Bəhramov adına respublika stadionunda İsveç futbolçularını qəbul edəcək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fasilədən heç məmnun deyil:

“Milli komandalarla bağlı fasilələr klublara böyük zərbə vurur. Dəfələrlə olub ki, oyunçularım yığmada zədələnib. Bütün Avropa klubları bundan şikayət edir. Futbolçu yaxşı formada olduğu vaxtda milliyə gedir, yorğun qayıdırlar. Bu da baxımlı futbola böyük zərbə vurur. Bəlkə də nəyisə dəyişmək lazımdır. Bu haqda UEFA, FİFA düşünməlidir.

Bu dəqiqə tək bizim yox, bütün klubların problemidir. Gözləməliyik ki, zədəsiz gəlsinlər. Mən bəzən milli oyunçularını qoruyuram. Vacib matçlara da buraxmıram. Amma milli komandada bunu düşünmürlər. Marko Veşoviç, Marko Yankoviç çox vaxt millidən zədəli qayıdır. Onların məşqlərinə baxıram, başa düşə bilmirlər.

Elə bil formada deyillər. Amma fikirləşmirlər ki, əsas heyət oyunçularıdır. İlboyu 50-60 oyuna çıxırlar. Futbolçuya istirahət verilməlidir. Daha nizamlı proqram qurulsa, dünya futboluna faydalı olar. Bütün bunlara diqqət ayrılmalıdır”.

Həmin kateqoriyadan