Qurban Qurbanov: “Göteborq” hazırda pik nöqtədədir

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk matçında sabah İsveç “Göteborq”unun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında rəqib barədə öz fikrini bildirib:

“Çətin bir rəqibə qarşı oynayırıq, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyunları oynayıb. “Göteborq”un pik nöqtəsidir. Üstünlük rəqib tərəfdədir, çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır.

Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusi ilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. “Göteborq” daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq”.

Həmin kateqoriyadan