Qurban Qurbanov İsveçrədə mətbuat konfransı keçirəcək

Xəbər verdiyimiz kimi, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” artıq İsveçrədədir. Allsport.az xəbər verir ki, bu turnirin pley-off mərhələsində yerli “Yanq Boyz”la qarşılaşacaq komandamız ötən gün saat 17:00-da Bakını tərk etmişdi.

Bakı-Bern reysi ilə hərəkət edən ağdamlılar 5 saatlıq uçuşdan sonra Bern şəhərinə çatıb. Komanda yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) axşam yeməyindən sonra istirahətə çəkilib.

Bu gün “Qarabağ” oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Çalışma yerli vaxtla 19:00-da start götürəcək.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə media nümayəndələrinin önünə saat 18:30-da (Bakı vaxtı ilə 21:30) çıxacaq.

Qeyd edək ki, “Yanq Boyz” – “Qarabağ” matçı sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Həmin kateqoriyadan