Qurban Qurbanov Kazbek Tuayevlə Böyükağa Hacıyevin uğurunu təkrarladı

Ötən gün “Qarabağ”la ölkə kubokunu qazanan baş məşqçi Qurban Qurbanov ikinci dəfə belə bir uğura imza atdı. Allsport.az xəbər verir ki, bununla o, fəxri mükafata ən azı iki dəfə sahib çıxan mütəxəssislərin siyahısına daxil olub.

Qeyd edək ki, belə uğura imza atan 5 mütəxəssis var. Ən çox kubok qazanan məşqçi Mehman Allahverdiyevdir – 4 dəfə. Ağasəlim Mircavadov 3 dəfə kuboku başı üzərinə qaldırıb. Kazbek Tuayevlə Böyükağa Hacıyev isə 2 dəfə oxşar uğura imza atıb.

Xatırladaq ki, Qurbanov ilk dəfə 2008/09 mövsümündə elə “Qarabağ”la kuboku sahib çıxmışdı.

Həmin kateqoriyadan