Qurban Qurbanov: “Bizim üçün “Monako” ilə oyunlar həlledici olmayacaq”

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Monako”nun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi arenada sonuncu məşqinə çıxıb. Allsport.az xəbər verir ki, hazırlıqdan yarım saat öncə baş məşqçi Qurban Qurbanov jurnalistlər önünə çıxıb:

“Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda ikinci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdir. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. “Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindir. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.

Həmin kateqoriyadan