Qurban Qurbanov: “Qrafik ağır olsa da, uğurlu oyunlar göstərdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı. Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi”, həm də bizim üçün ağır görüş idi. Düşünürəm ki, bu qrafikdə uğurlu oyunlar sərgilədik.

Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən “Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.

Həmin kateqoriyadan