Qurban Qurbanov: “Vacib 3 xal qazandıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikanın “Anderlext” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

“Vacib 3 xal qazandıq. Rəqib güclü idi. Demək olar ki, zəif yeri gürünmürdü. Amma düzgün oynasan, güclü rəqibə də qalib gəlmək olur. Biz də məhz belə oynamağa çalışdıq və istəyimizə çatdıq. Komandam da bu gün məhz mənim istədiyim kimi oynadı. Futbolçulardan razı qaldım”.

Həmin kateqoriyadan