Qvardiola: “ÇL-i qazanmaq üçün ən yaxşı komandaları məğlub etmək lazımdır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real Madrid”ə qarşı keçirilcək çempionlar liqasının ilk yarımfinal matçından oyunlar bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, ötən mövsüm keçirilən yarımfinal oyununda Madrid təmsilçisi qalib gəlmişdi. Təcrübəli məşçi bu dəfə intiqam üçün meydana çıxmayacaqlarını deyib:

“Bizə motivasiya lazım deyil, intiqam almağa gəlməmişik. Biz sadəcə finala çatmaq istəyirik. Əgər səbr etsək, bir gün ona nail olacağıq. Meydan sahibləri bu turnirdə nə etməli olduqlarını dəqiq bilirlər.

Bu turnirdə qalib gəlmək üçün ən yaxşı komandaları məğlub etmək lazımdır. “Real Madrid” isə bu turnirin ən yaxşı komandasıdır. Onlar, bunu son 20 il ərzində sübut edib. Ötən ilki matçda möhtəşəm oynadıq. Və bu, kifayət etmədi! Budur, biz yenə də yarımfinaldayıq”.

Həmin kateqoriyadan