Qvardiola: “Hər qələbə bizə növbəti oyun üçün güc verir”

“Mançester Sitiİngiltərə çempionatının 35-ci turunda “Everton”la oyununa (3:0) yekun vurub.

Allsport.az xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola belə deyib:

““Everton”la çətin oyun keçirdik. Bu komanda bir həftə əvvəl “Brayton”a qarşı beş qol vurmuşdu. 

Qeyd edək ki, ilk dəqiqədən oyuna nəzarəti ələ aldıq və gözəl matç keçirdik. Çempion olmaq üçün daha iki qələbə qazanmalıyıq.

Rəqiblərimiz matç boyu dərindən müdafiə olundular. Amma bu, bizə oyuna nəzarət etməyə və sərbəst zonalara hücum etməyə mane olmadı. Hər qələbə bizə növbəti oyun üçün güc verir.

Həmin kateqoriyadan