Qvardiola: “Naqelsmanın istefasına təəccübləndim”

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionlar liqasının 1/4 final mərhələsində “Bavariya” ilə ilk oyun ərəfəsində Münhen klubunda baş məşqçi dəyişikliyinə münasibət bildirib. O deyib:

“Yulian Naqelsmanın işdən çıxarılması məni bir az təəccübləndirdi. Amma təbii ki, Tomas Tuxel ən yaxşılardan biridir. Bəlkə də o, ən yaxşı məşqçidir. Tuxel hər yerdə uğur qazanırdı: Almaniyada, Parisdə, İngiltərədə. Onunla yenidən görüşməkdən şad olaram”.

Martın 24-də “Bavariya” Yulian Naqelsmanı istefaya göndərib və Tomas Tuxeli yeni baş məşqçi təyin edib.

Həmin kateqoriyadan