Rəhim Həsənov 5 sarı, 1 qırmızı vərəqə göstərdi, 3 qol qeydə aldı

Azərbaycanlı hakim Rəhim Həsənov Avropa Liqasının oyununu idarə edib. Allsport.az xəbər verir ki, FİFA referimiz Lüksemburqda yerli “Düdelanj”la İrlandiyanın UCD klubu arasındakı cavab görüşündə ədaləti qorumağa çalışıb.

Matç “Düdelanj”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda UCD 1:0 hesabıyla üstün olduğundan, səfərdə vurulan qol İrlandiya klubunu növbəti mərhələyə çıxarıb.

Qeyd edək ki, Həsənovun bu oyunda işi heç də az olmayıb. O, meydan sahiblərinin 3, qonaq komandanın isə 2 futbolçusuna sarı vərəqə göstərib. 28-ci dəqiqədə isə İrlandiya klubunun futbolçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Həsənova bu görüşdə yan xətt hakimləri Namiq Hüseynovla Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Ömər Paşayev yerinə yetirib.

Həmin kateqoriyadan