Rəşad Eyyubov “Qəbələ”yə kömək edə bilməyəcək?

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Eyyubov Avropa Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan MTK-sı ilə cavab oyununda meydana çıxa bilər. Allsport.az xəbər verir ki, ilk ələmədə Gürcüstan “Samtredia”sı ilə əvəz matçı zamanı allergiya səbəbindən halı pisləşən, buna görə komanda ilə Vətənə qayıda bilməyib, qonşu ölkədə xəstəxanada qalan futbolçu hazırda tam sağalıb.

Macarıstan klubu ilə səfər oyununu da buna görə buraxmalı olan Rəşad artıq komanda ilə məşqlərə də başlayıb. Onun MTK ilə cavab matçına qədər tam hazır olması gözlənilir.

Qeyd edək ki, MTK ilə səfər oyununda 2:1 hesablı qələbə qazanan “Qəbələ”nin bu komanda ilə cavab görüşü iyulun 21-də Bakıda baş tutacaq.

Həmin kateqoriyadan