“Rəvan”ın Rusiyada “Spartak”a qarşı oyunu 1,5-4 manata!

UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Spartak” klubu ilə “Rəvan” arasında keçiriləcək ilk oyunun biletlərinin qiymətləri açıqlanıb. Allsport.az xəbər verir ki, bu matçın biletləri 100-200 rubl aralığında olacaq. Bu isə Azərbaycan manatı ilə 1,5-4 AZN təşkil edir.

Qeyd edək ki, biletlər ancaq oyun günü satılacaq. Azarkeşlər matça 2 saat qalmış kassalara yaxınlaşıb, bu oyuna biletləri əldə edə bilərlər.

“Spartak” – “Rəvan” görüşü sabah – sentyabrın 30-da keçiriləcək və Bakı vaxtı ilə sat 17:00-da start götürəcək.

Həmin kateqoriyadan