“Rəvan”ın “Spartak”la cavab matçı gürcü hakimlərə tapşırıldı

UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Rəvan”la Rusiyanın “Spartak” (Moskva) klubu arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, qitə futbol qurumu bu görüşü gürcüstanlı hakimlərə həvalə edib.

Belə ki, matçın baş hakimi Georgi Kruaşvili olacaq. Ona yan xətt hakimləri Besik Çiçinadze və Levan Todiya kömək edəcək. Dördüncü hakim funksiyasını isə Azərbaycandan olan Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, “Rəvan” – “Spartak” matçı oktyabrın 21-də “Dalğa Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyunda moskvalılar 4:0 hesablı qələbəyə seviniblər.

Həmin kateqoriyadan