- Baxış sayı: 38
- 22 Sentyabr 2026 14:11
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Yüngül çəkidə UFC döyüşçüsü Castin Keyci Azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə görüşdən gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, o deyib: “Rafael çox parlaq idmançıdır. Mən isə səkkizbucaqlıya daxil olan ən möhtəşəm döyüşçülərdən biriyəm. Bu, mütləq ilin ən yaxşı döyüşü olacaq.
Fiziyev cavandır, qələbəyə acdır. Mənə özümü xatırladır. Onu yerə endirmək üçün səbirsizlənirəm. Mən Rafaeli qaranlıq, dərin sulara sürükləməyə və orada boğmağa hazıram”.
Castin və Fiziev arasında döyüş martın 18-də UFC-286-da baş tutacaq.