Rafael Santos: Mükafatlar uğrunda sonadək mübarizə aparacağıq

“Qəbələ” Topaz Premyer Liqasının 31-ci turunun aprelin 25-də keçiriləcək oyununda “Xəzər Lənkəran”la qarşılaşacaq. Allsport.az xəbər verir ki, ardıcıl 7 çempionat oyununda qalib gələn “qırmızı-qaralar”ın təcrübəli müdafiəçisi Rafael Santos səfərdə baş tutacaq matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Bu matça bütün oyunlara olduğu ruhda hazırlaşırıq. Əlbəttə ki, çətin oyun olacaq. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hər oyuna 3 xal üçün çıxırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da belə olacaq. Biz seriya haqda fikirləşmirik. Vacib olan qələbə qazanıb, 3 xalımızı əldə etməkdir. Bütün fikrimizi oyunlarımıza və qələbə qazanmağımıza yönəldirik. Biz mükafatlar uğrunda sonadək mübarizə aparacağıq. Medalçılar sırasına düşmək şanslarımız var. İstəyimizə çatmaq üçün əzmkarlıqla mübarizə aparmalıyıq”.

Qeyd edək ki, braziliyalı legioner “Qəbələ”nin heyətində 46 oyun keçirib. Bunların 38-i Premyer Liqa, 6-sı kubok, 2-si Avropa Liqasına təsadüf edib.

Həmin kateqoriyadan