Ralf Ranqnik: Azərbaycan Avro-2024-ün finalına vəsiqə qazanmaq istəyir

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik, Avro-2024-ün seçməsində rəqibləri dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, hədəfin final mərhələsinə vəsiqəni təmin etmək olduğunu deyib:

“2023-cü ilin martında Estoniya və Azərbaycanla oyunlarımız var. Hər 2 komanda ilk dəfə final mərhələsinə vəsiqə qazanmaq istəyir. Odur ki, bu rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. “Azərbaycana uçub, rahat 3 xal qazanacağımızı düşünə bilmərik. Heç bir oyun asan olmayacaq”.

“Ay-ulduzlular”ımız “F” qrupunda Belçika, Avstriya, İsveç və Estoniya futbolçuları ilə qarşılaşacaqlar.

Həmin kateqoriyadan