Ramil Quliyev: Hər olimpiadada nəticəmi yaxşılaşdırıram

Türkiyə millisinin azərbaycanlı sprinteri Ramil Quliyev Rio-2016-da çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, 200 m məsafəyə qaçışda 8-ci yeri turan atlet, bütün gücünü yarımfinalda sərf edib. Sitat:

“Şans da lazımdır. Yarımfinalın hansı atletlərlə düşməyin belə əhəmiyyəti var. Mən finala gedən yolda ən çətin rəqiblərlə qaçdım. Son qrupda yer alsaydım, daha yüksək pilləni tutacaqdım və buna uyğun finalda da yaxşı zolaqda sürətimi yoxlayacaqdım.

Sadəcə, həlledici mərhələdə yarımfinaldakı kimi qaçsaydım, medal qazana bilərdim. Formamla bağlı şikayətim yoxdur. Yenə start xəttinə çıxsam, eyni nəticə olacaq. Çünki əlimdən gələni etdim. Bir məqam var ki, hər dəfə nəticəmi yaxşılaşdırıram. Demək, bu gedişlə Tokio-2020-də mükafatçılar sırasına düçə bilərəm”.

Pekin-2008-də Azərbaycan yığmasının heyətində yer alan sprinter vətəndaşlığını dəyişdiyi üçün, London-2012-ni buraxmaq məcburuyyətində qalıb.

Həmin kateqoriyadan