Ramil Quliyev: “Tokio olimpiadasına yüksək enerji ilə hazırlaşacağam”

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “TRT Spor”a açıqlama verib. Allsport.az xəbər verir ki, 29 yaşlı dünya və Avropa çempionu koronavirus pandemiyasının idmana təsirindən danışıb:

“Evdə hazırlaşıram. Digər insanlarla mümkün qədər az təmas qurmaq lazımdır. Ehtiyac yoxdursa, evdə çölə çıxmıram. COVID-19 planları dəyişdirdi. Digər tərəfdən müsbət tərəfi də ola bilər. 12 il fasilə vermədən yarışlara qatılıram. Bu il fiziki və psixoloji cəhətdən dincələcəyəm”.

Ramil Tokio olimpiadasının gələn ilə təxirə salınmağı barədə fikrini bildirib:

“İdmançı həyatı uzun deyil. 1 il ərzində ciddi dəyişiklik olacağına inanmıram. Mövsümə daha böyük motivasiya ilə başlayıb, olimpiadaya yüksək enerji ilə hazırlaşacağam”.

Həmin kateqoriyadan