- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov yeni transfer Ramil Şeydayevi dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, 43 yaşlı mütəxəssisin fikrincə, millinin hücumçusunun özünü necə göstərəcəyini indidən demək çətindir:
“Şeydayev gənc futbolçudu. Prinsipcə, Rusiyanın gənclər yığmasından çıxışı yadımızdadır. Ötən mövsümü “Krılya Sovetov”da keçirdi və çempionatın sonuna yaxın oynamağa başladı. Ancaq indi yeni komandadadır, yeni tələblər var. Gəlin, görək burda necə açılacaq. Bir hücumçu kimi yaxşı göstəricilərə malikdir”.