Ramil Şeydayev Slovakiya yüksək dəstəsində mövsümü 2 qolla tamamlayıb

Slovakiya 1-ci liqasında mövsümün sonuncu, 33-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Ramil Şeydayevin komandası doğma meydanda “Podbrezova” ilə qarşılaşıb.

“Jilina” bu matçda böyük hesabla qalib gəlib (4:0). Azərbaycan millisinin hücumçusu görüşün 61-ci dəqiqəsində meydana çıxıb.

O, 82 və 90-cı dəqiqədə vurduğu 2 qolla komandasının darmadağına sevinməsində əsas pay sahibi olub. Çempionluğunu xeyli öncə rəsmiləşdirmiş “sarı-yaşıllar” mövsümü 11 komanda arasında 73 xalla başa vurub.

Həmin kateqoriyadan