- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

Rusiya premyer-liqasının 26-cı turunda millinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” səfərdə çempionatın lideri “Zenit”ə 2:4 uduzub. Allsport.az saytı xəbər verir ki, futbolçumuz start heyətdə meydana çıxıb. O, 40-cı dəqiqədə vurulan qolun ötürməsini verib.
Amma görüşü vaxtından öncə başa vurmalı olub. Belə ki, 47-ci dəqiqədə ilk sarı vərəqə alan Ramil 78-də də eyni aqibətlə üzləşib və qırmızı vərəqə ilə meydandan qovulub.
“Krılya Sovetov” 27 xalla 13-cü pillədə qalıb.