Ramin Əzizov: «Əsas hədəfim Tokio olimpiadasına vəsiqə qazanmaqdır»

«Məşqlərimiz qaydasında gedir. Bu il ciddi sınaqlar var. Çalışacağam ki, bu rəqabətdə geri qalmayım. Əsas hədəfim Tokio olimpiadasına vəsiqə qazanmaqdır».

Bunu allsport.az saytına açıqlamasında taekvondo millinin üzvü Ramin Əzizov (87 kq) dedi. Titullu dayanq ustasının sözünə görə, o, hazırda fürsət gözləyir:

«Apreldə İtaliyanın Milan şəhərində Avropa olimpiya təsnifatı var. Müsbət 80 kq-da mənimlə yanaşı, Radik İsayev də iddialıdır. Məşqçilər heyəti kimi məqsədəuyğun bilsə, o da həmin yarışa yollanacaq. Yarış təcrübəsini sabit saxlamaq üçün Türkiyə və İsveç səfərlərimiz də var».

Həmin kateqoriyadan