- Baxış sayı: 80
- 28 Oktyabr 2026 11:18
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın FIFA referisi Rauf Cabbarov növbəti dəfə beynəlxalq təyinat alıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı referi 21 yaşadək futbolçulardan ibarət Estoniya və Latviya yığmaları arasında AVRO-2021-in seçmə oyununu idarə edəcək.
Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Rza Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 11-də Estoniyanın Pyarnu şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:15-də başlayacaq.