Rayan Giqqz: Azərbaycan asan rəqib sayılmır

Bu gün millimiz Avropa-2020-nin seçmə qrupunda 7-ci oyununu keçirdi. Allsport.az saytı xəbər verir ki, rəqib Uels futbolçuları idi. Bakıda baş tutan görüş qalların 2:0 xeyrinə bitdi. Mətbuat konfransında qonaq baş məşqçi Rayan Giqqz bunu dedi:

“Oyunda kifayət qədər təzyiq vardı. Amma sonda hesab qənaətbəxş oldu. Azərbaycanın ev görüşlərini izləmişdik. Öz meydanında yaxşı oynayır. Rəqib asan sayılmır. Coğrafi baxımdan da bura səfər asan deyil. Yay fasiləsində sonra bizə geri dönüş lazım idi, bunu bacardığımız üçün razıyam”.

Həmin kateqoriyadan