Rayan Giqqz: “Azərbaycan millisində çox dəyişiklik olmayıb”

Uels yığmasının baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində sabah Bakıda millimizlə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib: “Burada az müddət olmağıma baxmayaraq, yaxşı vaxt keçirəcəyimə inanıram. Sabah böyük oyun olacaq. Çalışacağıq ki, seçmə mərhələdəki növbəti iki matçımızda qələbə qazanaq. Asan olmayacaq. Oyunçuların həyəcanlı olmasına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Beyl bu yaxınlarda zədələnmişdi. Amma onun vəziyyəti hazırda yaxşıdır. Azərbaycana qarşı futbolçu kimi oynamışam. Çox dəyişiklik olmayıb. Baş məşqçi kimi daha çətindir”.

Sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan